Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Açıq havada işləyən restoranlarda COVID-19 pasportu tələb ediləcək? - AÇIQLAMA

01.09.2021 13:46 1 122
Açıq havada işləyən restoranlarda COVID-19 pasportu tələb ediləcək? - AÇIQLAMA
“Bu gündən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrinə, iri ticarət mərkəzlərinə və mehmanxanalara yalnız COVID-19 pasportu olduğu halda buraxılacaq”.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, ictimai iaşə müəssisələrinin, iri ticarət mərkəzlərinin və mehmanxanaların xidmətlərindən vaksinin hər iki dozasını vurduran və COVID-19 pasportu ilə təmin olunan şəxslər istifadə edəcəklər:

“Bu məsələ barədə ötən gün elektron hökumət portalının nümayəndələri də açıqlama verib. Həmin müəssisədə çalışan işçi heyətindən isə sentyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, oktyabr ayının 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir”.

E.Hacıyev qeyd edib ki, qərar açıq havada fəaliyyət göstərən kafe və restoranlara şamil edilmir:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pasportu tələbi yalnız qapalı məkanlara aiddir”.

Qeyd edək ki, gözəllik salonlarında, ictimai nəqliyyatda, bərbərxanalarda və marketlərdə COVID-19 pasportu tələb olunmur.скачать dle 11.3
Mojo.az Banner