Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Pakistan səfiri: "Azərbaycan Kəşmir məsələsində aydın mövqe nümayiş etdirir"

05.08.2021 20:03 1 047
Pakistan səfiri:
"Pakistanda olduğu kimi, Azərbaycanda da müxtəlif dinlərin nümayəndələri sülh içində yaşayırlar”.

Bunu Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Cammu və Kəşmirin statusunun ləğv edilməsinin ikinci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Səfir Kəşmir məsələsində Pakistana dəstək olduğuna görə Azərbaycana öz minnətdarlığını bildirərək əlavə edib ki, Azərbaycan sarsılmaz dəstək verdi, Prezident İlham Əliyev bu məsələdə mövqeyini dəqiq və aydın şəkildə nümayiş etdirdi.

Bilal Haye başqa ölkələrdən fərqli olaraq, Azərbaycanın ikili standartlara yol vermədiyini deyib.

O, həmçinin yaxın zamanlarda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) nümayəndələrinin Azad Kəşmirə səfər edəcəklərini bildirib. Səfir deyib ki, Pakistan Cammu və Kəşmirə də səfər təşkil etmək istəsə də, Hindistan tərəfi müstəqil jurnalistləri, beynəlxalq təşkilatların nümayəndələrini və xarici müşahidəçiləri ora buraxmır.

Səfir Kəşmir məsələsinin son zamanlarda 3 dəfə beynəlxalq təşkilatların müzakirəsinə çıxarıldığını bildirib: "Avropa Parlamenti Kəşmirdəki vəziyyətlə bağlı dinləmələr keçirib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsini tələb edir. İşğal edilmiş vilayətlərdə referendum keçirilməlidir ki, orada yaşayan insanlar hansı dövlətin tərkibində olmaq istədiklərinə səs versinlər. Pakistan Cammu və Kəşmirdə keçiriləcək referendumun nəticələrini qəbul edəcək”.

Xatırladaq ki, 2021-ci il avqustun 5-i Hindistanın beynəlxalq şəkildə mübahisəli tanınmış Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi ilə bağlı qərar qəbul etməsinin ikinci ildönümü tamam olur. Pakistan tərəfi 2019-ci il avqustun 5-i baş vermiş hadisələri BMT Təhlükəsizlik Şurasının 91-ci və 122-ci qətnamələrinin və dördüncü Cenevrə Konvensiyasının kobud şəkildə pozulması kimi qəbul edir.

///Reportскачать dle 11.3
Mojo.az Banner