Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Səfir: “Pakistan şirkətlərinin Qarabağın bərpasına yatırımları üçün böyük potensial var”

07.07.2021 15:12 867
Səfir: “Pakistan şirkətlərinin Qarabağın bərpasına yatırımları üçün böyük potensial var”
“Pakistan şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasına yatırımlar etməsi üçün böyük potensial var”.

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimində jurnalistlərə deyib.

Onun sözlərinə görə, Pakistan şirkətləri Qarabağda bərpa işləri üzrə investisiya layihələrinə yatırım edən ilk şirkətlər arasında olmaq istəyir.

“Ümid edirik ki, İqtisadi Əməkdaşlıq Palatasının açılması Qarabağda investisiya potensialının nəhəng olduğuna dair məlumatı pakistanlı biznesmenlərə də çatdırmaq işində faydalı olacaq”, - deyə diplomat əlavə edib.

Səfir həmçinin qeyd edib ki, yaxın günlərdə Şuşaya gedəcək və orada olan investisiya potensialı barədə pakistanlı iş adamlarını məlumatlandıracaq.

Son xəbərlər