Mojo.az Banner
23:01 Varlı insanlar niyə qolf oynayır?  |     22:55 "Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək  |     22:48 Kadırovun 18 yaşlı oğlunun şəxsi batalyonu oldu  |     22:41 Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü  |     22:36 Zaur Baxşəliyev ilk dəfə qardaşı və bacısı oğlunu göstərdi -VİDEO  |     22:30 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq  |     22:22 2015-dən 2025-ə: Azərbaycanda ixtisas balları necə dəyişib?  |     22:16 Ötən ay Azərbaycan istehsal edilən pivənin hamısı satılıb  |     22:08 Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi – Yeni qayda  |     22:01 Ürəyi təmiz, niyyəti gözəl olan bürclər  |     21:54 4-6 yaşlı uşaqlar üçün hansı oyun və tətbiqlər faydalıdır?  |     21:46 Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi  |     21:41 Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 16 % artıb  |     21:41 Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb  |     21:33 Bu istiqamətə "Koroğlu"dan avtobuslar ayrıldı - PULSUZ gedəcək...  |     21:25 Tramp Tehranı vurmaqla hədələdi - FOTO  |     21:20 Göyçayda məktəb binası qəzalı vəziyyətdədir (VİDEO)  |     21:14 Belarusda səhlənkar fermerlər orduya göndəriləcək  |     21:06 Bu universitet akkreditasiya olunmuş hesab edilmədi  |     21:00 Azərbaycanda cəmi 3 həkimi olan şəhər var (SİYAHI)  |    
Left Banner
Right Banner

Azərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Palatası yaradır

06.07.2021 22:27 915
Azərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Palatası yaradır
Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirilmək məqsədilə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) yaradılır.

Pakistanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, İqtisadi Əməkdaşlıq Palatasının açılış mərasimi iyulun 7-də baş tutacaq.

Palatanın əsas məqsədlərinə Pakistan və Azərbaycanı investisiya üçün yaxşı və təhlükəsiz ölkələr kimi tanıtmaqla yanaşı, iki ölkə arasında ticarət və investisiya qoyuluşlarının asanlaşdırılması və genişləndirilməsi, bərabərlik, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq dövlətlərarası iqtisadi əlaqələrin və investisiyaların sistematik və davamlı genişləndirilməsinin dəstəklənməsi və təşviq edilməsi, iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə kömək edəcək yenilikçi düşüncə sahiblərinin təhsilinə və intellektual inkişafına dəstək verilməsi, ortaq iş maraqlarının inkişaf etdirilməsi, eləcə də Pakistan və Azərbaycanın digər ticarət otaqları ilə sıx əməkdaşlıq daxildir.

Səfirlikdən bildiriblər ki, İqtisadi Əməkdaşlıq Palatasının ikitərəfli ticarəti və investisiyaları stimullaşdırmaq üçün tramplin rolunu oynaması gözlənilir. Palata iki ölkənin sahibkarlıq subyektlərinin səmərəli iqtisadi əlaqələr qurması üçün daimi platforma rolunu oynayacaq.

Palatanın açılış mərasimində Azərbaycan İqtisadiyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək səviyyəli rəsmiləri, eləcə də Kiçik və Orta Sahibkarlıq Agentliyinin rəhbəri Orxan Məmmədov və AZPROMO-nun prezident vəzifələrini icra edən Yusif Abdullayev iştirak edəcək. Tədbirə Azərbaycanın işgüzar dairələrinin yüksək səviyyəli nümayəndələri də qatılacaqlar.скачать dle 11.3
Mojo.az Banner