Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək | 19:21 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı | 19:05 Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var | 18:47 Sabah Bakıda hava yağmursuz olacaq | 18:36 Pensiyaların ödənilməsi ilə bağlı açıqlama – TARİXLƏR | 18:29 Adanada zəlzələ olub |
Mojo.az Avto
Mojo.az Avto

Pakistan səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı

02.07.2024 16:20 870
Pakistan səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı
Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Pakistana son rəsmi səfərdən irəli gələn məsələlər və gələcək planlar müzakirə olunub.

Ölkəmizdə diplomatik fəaliyyəti zamanı Azərbaycan-Pakistan münasibətlərinin inkişafı istiqamətində göstərdiyi hərtərəfli səylər və peşəkarlığa görə səfir Bilal Hayeyə təşəkkür edilib, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulanıb.

C.Bayramov səfirin Azərbaycanda diplomatik fəaliyyətinə başladığı dövrün keçmiş münaqişə və Ermənistanın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinə təsadüf etdiyini qeyd edərək, Pakistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı mənəvi və siyasi dəstəyə görə təşəkkür edib.

Cari ildə Pakistana edilmiş rəsmi səfər çərçivəsində keçirilmiş görüşlərin, habelə strateji tərəfdaşlıq münasibətlərimiz ətrafında aparılan geniş fikir mübadilələrinin məmnunluq doğurduğu, əməkdaşlığımızın inkişafı üçün mövcud perspektivlərdən istifadənin zəruriliyi qeyd edilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi münasibətilə təbriklər diqqətə çatdırılıb.

Səfir Bilal Haye ölkəmiz üçün olduqca taleyüklü bir dövrdə Pakistanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərməsindən qürur duyduğunu, bundan sonra da iki ölkə arasında münasibətlərin daha da inkişafına ümidvar olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər