Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

XİN: Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyirik

06.02.2020 21:19 2 248
XİN: Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyirik
“Azərbaycan Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir”.

Bunu Azərbaycan Xarici İşlər nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Azərbaycan BMT-nin məsuliyyətli üzvü kimi təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərini rəhbər tutaraq münaqişələrin həlli və beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir və bu mövqedən çıxış edir. Bu, Azərbaycanın qəti və prinsipial mövqeyidir.

Biz necə ki, beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq, bu xüsusda, Cammu və Kəşmir məsələsinin də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini və regionda sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlmiş səyləri dəstəkləyirik.

Qeyd etmək istərdik ki, 2020-ci ilin 21 yanvar tarixində Davosda Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə keçirilmiş görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəşmir məsələsində Azərbaycanın Pakistana daim dəstək verdiyini qeyd edib”, - deyə XİN rəsmisi bildirib.

Son xəbərlər