Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb

31.07.2021 16:42 1 203
Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb
Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini M.Baxışov iyulun 24-də ona məxsus “KamAZ” markalı yük maşınından 2 ədəd akkumulyatorun oğurlanması barədə məlumat verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib:

“Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Armud-padat kənd sakini Natiq Zülfüqarov və Yergüc kənd sakini Tərlan Cəbrayılov saxlanılıblar. Saxlanılan zaman oğurluq yolu ilə əldə edilmiş xeyli sayda yük maşınlarına məxsus akkumulyatorlar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb”.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Son xəbərlər