Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Zaqatalada fındıq oğruları ələ keçdi

21.09.2019 18:33 1 886
Zaqatalada fındıq oğruları ələ keçdi
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun 2 nəfər Qımır kənd sakini onlara məxsus evdən və həyətyanı sahədən ümumilikdə 9 kisə fındığın oğurlanması barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Həmin hadisəni törədən şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluğu edən şəxsin rayonun Bazar kənd sakini 30 yaşlı Elçin Hacıyev olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin ifadəsində E.Hacıyev etdiyi cinayət əməlini etiraf edib və oğurladığı fındıqları müxtəlif şəxslərə satdığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bəhmətli kənd sakininə məxsus 126 kq fındığı oğurlayan şəxsin elə onun həmkəndlisi Qabil Arıxov olduğu müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.//milli.azскачать dle 11.3

Son xəbərlər