Mojo.az Banner
12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Serbiyalı oyunçu: "Sumqayıt"la matçın əhəmiyyəti çox böyükdür"

28.07.2021 20:18 1 083
Serbiyalı oyunçu:
"İlk görüşdə rəqib futbolçular topu bizə buraxdı və şüurlu şəkildə müdafiə olundular. Beləliklə, istədikləri nəticəni əldə etdilər".

Bu fikirləri Serbiyanın "Çukariçki" komandasının futbolçusu Corce Yovanoviç "Sumqayıt"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.

22 yaşlı hücumçu ilk matçı analiz etdiklərini bildirib: "Bir daha gördük ki, çox sayda qal imkanlarımız olub. 3-4 qol vura bilərdik. Rəqibin heç-heçəyə görə çox sevindiyini də gördük".

Serbiyalı forvard Belqraddakkı kimi qarşılaşma gözlədiyini söyləyib: "Sumqayıt"ın ilk oyundakından fərqli çıxış edəcəyinə inanmıram. Görüş ərzində konsentrasiyanı qorumalıyıq. Qol vurmaq üçün şanslarımızın olacağına əminəm. Sumqayıtdakı qarşılaşma tamamilə fərqli olacaq. Hər şeyi düzəltmək öz əlimizdədir".

Yovanoviç bildirib ki, matçın Belqradda və ya Azərbaycanda keçirilməsinin onlar üçün fərqi yoxdur: "Öz oyunumuzu göstərəcəyik. Rəqib uzun müddətdir ki, həmin meydanda oynayır. Buna görə onlar üçün daha asandır. Azarkeşlər də onlara dəstək verəcək. Matçın əhəmiyyəti çox böyükdür. Əlbəttə, biz təslim olmayacağıq".

Qeyd edək ki, iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq. İlk görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq.скачать dle 11.3
Mojo.az Banner