Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şabranda avtomobillər toqquşub, sürücülər xəsarət alıb

28.07.2021 12:28 1 155
Şabranda avtomobillər toqquşub, sürücülər xəsarət alıb
Şabranda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, rayon ərazisində “VAZ-2107” və “VAZ-21011” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı hər iki avtomobilin sürücüləri, Şabran rayon sakinləri - 1990-cı il təvəllüdlü Sahib Cavanşir oğlu Nəsirov və 1994-cü il təvəllüdlü Xıdır Ramiz oğlu Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər