Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda xarici valyutalara maraq səviyyəsi AÇIQLANDI: Dollara tələb kəskin azalıb - RƏSMİ

26.07.2021 14:11 3 624
Azərbaycanda xarici valyutalara maraq səviyyəsi AÇIQLANDI: Dollara tələb kəskin azalıb - RƏSMİ
2021-ci ilin iyun ayı ərzində xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

Belə ki, 2021-ci ilin iyun ayında banklar tərəfindən 128 456 800 ABŞ dollarının alışı, 76 732 000 ABŞ dollarının isə satışı həyata keçirilib. 2020-ci ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 24,1 faiz, satışı isə 1,9 dəfə az olub.

Bu dövr ərzində 504 800 ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 640 900 funt sterlinq həcmində satış baş tutub. Bu valyuta vahidi üzrə alış ötən ilə nisbətən 40,2 faiz, satış isə 23 faiz çox olub.

İyun ayında banklar tərəfindən 6 225 000 avro həcmində alış baş tutub. Dövr ərzində 18 642 400 dəyərdə avro satışı təmin edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 3,1 faiz azalıb, cari valyuta üzrə satış həcmi də 32,7 faiz artıb.

Ötən ay ərzində 1 671 321 100 Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 170 743 000 rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 24 faiz artıb. Həmçinin, satışı da 2020-ci ilin iyun ayı ilə müqayisədə 1,2 faiz çox olub.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında dollar və avronun banklar tərəfindən alış həcmləri, yəni vətəndaşlar tərəfindən satışı azalıb. İllik müqayisədə Rusiya rublu və funt sterlinqin əhali tərəfindən banklara satış həcmi isə artıb.

Həmçinin, ötən ilin eyni dövrünə nəzərən dolların banklar tərəfindən satışı və ya əhali tərəfindən alış həcmləri azalıb. Digər üç valyutanın (rubl, avro, funt sterlinq) əhali tərəfindən banklardan alış həcmləri isə artıb.

Son xəbərlər