Mojo.az Banner
20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Avqustda məhdudiyyətlər olacaq? - AÇIQLAMA + VİDEO

23.07.2021 13:44 2 943
Avqustda məhdudiyyətlər olacaq? - AÇIQLAMA + VİDEO
Koronavirusa yoluxma sayı artdıqca və insanların həyatına təhlükə yarandıqca müəyyən məhdudiyyətlərin tətbiqi qaçılmaz hala gəlir.

Bunu “ARB 24”ün “Gündəm” verilişində avqustun 10-dan sonra məhdudiyyətlərin tətbiq edilməsi iddiasına cavab verən həkim, deputat Müşfiq Məmmədli deyib.

O bildirib ki, vətəndaşlar qaydalara əməl edərsə, bu tədbirlərin tətbiqinə ehtiyac qalmayacaq:

“Məhdudiyyətlərin tətbiq olunması dövlət strukturları üçün əlavə gücün sərf olunmasına, administrativ resursların bura cəlb olunmasına və iqtisadiyyatda müəyyən problemlərin ortaya çıxmasına səbəb olan prosesdir. Heç bir dövlət qurumu məhdudiyyətlərin tərəfdarı deyil. Qaydalara vətəndaşlar tərəfindən əməl edilərsə, digər ölkələrdən fərqli olaraq məhdudiyyət tətbiq etmədən də prosesin öhdəsindən gəlmək olar.

Hazırda yoluxmanın aşağı düşməsi səbəbi vaksinasiya, havaların isinməsi və ultrabənövşəyi şüaların aktivliyi ilə əlaqədardır. Lakin biz bundan arxayın olsaq, böyük risklərlə qarşı-qarşıya olarıq. Düzdür, toylarda qoruma tədbirlərini maksimal şəkildə təmin etmək çətindir. İndiki situasiyaya diqqətə yetirsək, yoluxma sayının artması ehtimalı çox yüksəlir. Yoluxma sayı artdıqda isə qoruma tədbirlərini administrativ metodlarla tənzimləmə ehtimalımız artır.

Vaksinasiyada sürətli iştirak bizim sonrakı məhdudlaşdırıcı tədbirlərimizin artıq olmaması istiqamətində olacaq. Ümid edirəm ki, insanlarımız da bu prosesdə yaxından iştirak edərək, yoluxma sayının bu aralıqda qalmasını təmin edəcəklər. Bundan sonra isə administrativ tədbirlərə ehtiyac olmayacaq”.
скачать dle 11.3
Mojo.az Banner