Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurbanlıq ət neçəyə satılır? - AÇIQLAMA

20.07.2021 14:42 945
Qurbanlıq ət neçəyə satılır? - AÇIQLAMA
Qurbanlıq heyvanların sifarişlər əsasında çatdırılması prosesinə start verilib.

Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qalib Bəhrəmov Oxu.Az-a bildirib ki, hazırda aktiv çatdırılma xidməti həyata keçirilir, sifarişlərin ümumi həcmi barədə isə yekunda məlumat veriləcək.

Qalib Bəhrəmov əlavə edib ki, qurbanlıq ətin bir kiloqram üçün qiyməti 12,50 AZN təşkil edir, çəki dərəcələri isə dəyişir:

“Vətəndaşın cibinə uyğun olaraq 12-14, 15-17 və 18-21 kiloqramlıq qurbanlıq ət kateqoriyaları mövcuddur. Hər bir vətəndaşın tələbatına uyğun olaraq sifariş həyata keçirməsinə imkan yaradılıb. Qurbanlıq heyvan bölünməyib. Çatdırılması nəzərdə tutulan heyvan kəsilir, dərisi soyulur, təmizlənir və paketlənir”.

Qeyd edək ki, vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində yeddi ünvandan götürə biləcəklər.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil edib.скачать dle 11.3
Mojo.az Banner