17:09 Bu avtobusların hərəkət sxemində dəyişiklik edilir  |     16:54 Bakı metrosunun bütün stansiyalarında yeni üsulla ödəniş MÜMKÜNDÜR  |     16:40 "Çin şirkət"ində çalışan azərbaycanlının qəribə dələduzluq əməlləri aşkarlandı (TƏFƏRRÜAT)  |     16:38 2026-cı ildə dövlət büdcəsində uşaqpulu nəzərdə tutulubmu?  |     16:27 Şimali Koreyanın keçmiş lideri vəfat etdi  |     16:14 Payız tətilinin vaxtı açıqlandı  |     16:12 "Elektromobillər ƏDV-yə cəlb ediləcək" - Şahin Bağırov  |     16:07 Gürcüstandan idxal olunan kartofda uyğunsuzluq aşkarlandı  |     16:05 Şəmkirdə 11-ci sinif şagirdi həbs edildi  |     15:46 Gəncədə heyvan mənşəli məhsulların emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb  |     15:38 Paytaxtda 10 000 manatlıq oğurluq edənlər saxlanılıb  |     15:01 Apteklərdə yoxlama aparıldı - Nöqsanlar üzə çıxdı  |     14:57 Tanımadığınız nömrələrdən gələn linkləri açmayın! - ETX-dan xəbərdarlıq  |     14:50 "Prius" sürücüsü ad gününə gedən qadını qarət etdi - Abşerondakı cinayətin TƏFƏRRÜATI  |     14:37 Bakıda əlillik dərəcəsi almaq vədi ilə dələduzluq edən QADIN SAXLANILDI  |     14:20 Hesablama Palatası: "Yalnız bir rayon büdcədən dotasiya alacaq"  |     14:01 Bakıda 25 il əvvəl üç nəfərin qətlində ittiham edilərək axtarışda olan şəxsə HÖKM OXUNDU  |     13:48 Dabaq xəstəliyinə görə bu rayonda karantin tətbiq edildi - Türkiyədə  |     13:47 Hakim Rasim Sadıxov son hökmünü oxudu - FOTO  |     13:42 Bakı-Qazax yolunda yük maşını aşdı - VİDEO  |    

Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq - SİYAHI

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.

Nazirlikdən verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun olaraq, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib. 

Qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada baş tutacaq. 

Qurbanlıqların kəsimi islami qaydalara uyğun həyata keçiriləcək. Kəsim məntəqələrində bütün sanitar-gigiyenik qaydalara ən yüksək səviyyədə riayət olunacaq, xidməti personal xüsusi əlcək, maska və baş geyimində fəaliyyət göstərəcək. Həmçinin məntəqələrdə sabun və əl-üz yuma stansiyaları, dezinfeksiya dispenserləri quraşdırılacaq. Vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək.

Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olaraq, 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər.

Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək. 

Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək.

Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri ünvana yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı kəsilmiş formada hazır əldə edə biləcəklər. 

Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər:

1. Nizami rayonu, Rizvan Teymurov küç., 21; 

2. Nərimanov rayonu, Ağa Nemətulla küç., 45 nömrəli məktəbin yanı;

3. Nəsimi rayonu, 20 Yanvar küç., 243;

4. Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küç., 41;

5. Binəqədi rayonu, Kazımovski, 138B;

6. Xətai rayonu, Məhəmməd Hadı küç., KATV1-in yanı;

7. Xətai rayonu, Gəncə pr., 148A, “Xəzər” univermağının yanı;

8. Xətai rayonu, Lütfizadə küçəsi (“Grand” marketin yanı);

9. Suraxanı rayonu, Sakit Qocayev küç., 90;

10. Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı).скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 556 28.07.20 14:44