Mojo.az Banner
21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |     19:43 Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü  |     19:38 Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlandı  |     19:30 Ermənistanda partlayış oldu, hərbçi öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Leonid Kalaşnikov: “Azərbaycan və Rusiya liderləri kommunikasiyaları və delimitasiyanı müzakirə edəcəklər”

20.07.2021 14:26 1 719
Leonid Kalaşnikov: “Azərbaycan və Rusiya liderləri kommunikasiyaları və delimitasiyanı müzakirə edəcəklər”
Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında aparılacaq danışıqların əsas mövzularından biri regionda kommunikasiyaların açılması olacaq.

Bu barədə Caliber.Az-a müsahibəsində Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

Xatırladaq ki, Kremlin mətbuat xidmətinin xəbər verdiyi kimi, Rusiya və Azərbaycan prezidentlərinin görüşündə əsas diqqət Qarabağla bağlı razılaşmalara ayrılacaq.

“Hərbi əməliyyatlar Moskvada ümumi konturlarla ilk növbədə iqtisadi sahədə gələcək tənzimlənmə yollarının göstərildiyi üçtərəfli razılaşmanın imzalanması ilə sona çatdı. Bunun üçün hər şey də edildi. Bundan sonra dəhlizlər boyunca hərəkət, sərhədlərin açılması, iqtisadiyyatların qarşılıqlı nüfuz etməsi müşahidə olunmalıdır ki, insanlar bir-birilərindən qorxmağı və ya ehtiyatla yanaşmağı dayandırsınlar. Bunun üçün bir tərəfdən vaxt keçməlidir, digər tərəfdən isə, dediyim kimi, iqtisadiyyatın qarşılıqlı nüfuz etməsi meydana gəlməlidir”, - deyə Leonid Kalaşnikov bildirib.

L.Kalaşnikovun sözlərinə görə, məişət səviyyəsində nələrsə (mənfi - red.) qala bilər:

“Ancaq, məsələn, uzun illər düşmənçilik və müharibələrdən sonra Fransa və Almaniyanın etdiyinə gəlməliyik. Ya da hazırda “Şimal axını-2”nin tikintisini başa çatdıran Rusiya və Almaniyanı nümunə götürməliyik. Axı Almaniya – bizimlə sizin 30 milyona yaxın həmvətənini məhv edən ölkədir. Ancaq bu gün amerikalıların maneələrinə baxmayaraq, biz infrastruktur sahəsində əməkdaşlıq qururuq”.

“Burada da (Cənubi Qafqaz – red.) eyni vəziyyətdir. İlk növbədə indi sərhədlərin təhlükəsizliyi və delimitasiya məsələləri ilə sıx əlaqəli olan iqtisadi məsələlər müzakirə ediləcək. Mən artıq demişdim ki, bu, çox mürəkkəb bir prosesdir, nümunə olaraq SSRİ ilə Çin arasındakı delimitasiyanı göstərmişdim. Bu yaxınlarda Qırğızıstan və Tacikistan arasında insident yaşandı və yeri gəlmişkən, bu ölkələr KTMT-nin üzvüdür. Bunlar çox həssas məsələlərdir, onlar sakitcə həll olunmalıdır və mənə elə gəlir ki, bu da Rusiya və Azərbaycan liderləri arasında söhbətin predmeti olacaq”, - deyə Leonid Kalaşnikov vurğulayıb.

Ekspert hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinə müəyyən zəmanətlər verə biləcək arbitraj hakimi kimi etibar həm Azərbaycanda, həm də Ermənistanda saxlanılır:

“Üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistanın liderləri məsələləri həll edə bilərlər. Bundan sonra da bu yolda irəliləmək lazımdır. Məsələlərə yalnız kölgə salan ABŞ və Fransa kimi üçüncü tərəflərin iştirakını genişləndirməyə çalışmağa dəyməz”.

- Yeri gəlmişkən, Fransa və ABŞ barədə. Qərb Cənubi Qafqaz bölgəsində nəzərəçarpacaq dərəcədə aktivləşib. Bu fonda Azərbaycandan da sülhə, kommunikasiyaların açılmasına çağırışlar edilir, Ermənistanda radikal müxalifət isə onların versiyasına görə hazırkı siyasi gündəmə çevrilməli olan “Vilson Ermənistanı” ideyasını xatırlayır.

- Radikal, millətçi qruplaşmalar hər zaman olacaq. Bu səbəbdən onları ruhən qəbul etmirəm və buna görə Qaregin Njdenin (Rusiyanın Armavir şəhərində - red.) xatirə lövhəsinə qarşı çıxdım. Bu cür millətçi qruplar öz əzəmətləri - Vilsonun Ermənistana dair planında təklif etdiyi kimi dənizdən dənizə qədər olan ölkə uğrunda mübarizə aparırlar. Keçmişdə belə obyektiv səbəblərdən baş verməyən şeylərə çağırış edirlər. Ancaq Ermənistandakı seçkilərin nəticələrinə əsasən hələlik bu cür insanlar azlıq təşkil edir. Bəzən isə azlıq küçələri idarə edə bilər, buna ciddi yanaşmaq gərəkdir.скачать dle 11.3
Mojo.az Banner