Mojo.az Banner
21:05 Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı  |     20:56 Şəhid Xudayar Yusifzadənin doğum günüdür  |     20:51 Almaniyada su böhranı: Qaydaları pozanlara 50 min avroya qədər cərimə  |     20:44 Ofisiant işləmək istəyirdilər, soyğunçuluq etdilər  |     20:38 Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah  |     20:30 Sakinlərlə obyekt sahibi arasında qalmaqal: "Mən icazə vermirəm ağlamağa!" (Video)  |     20:25 Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü  |     20:18 Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb  |     20:04 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?  |     19:48 Qusarda çətənə kolları yetişdirən şəxs tutuldu  |     19:36 Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi  |     19:35 Slovakiya prezidentinin Azərbaycana səfəri başa çatıb  |     19:21 Taksi sürücüsünü öldürdülər, meyitini borunun içərisində gizlətdilər - 30 il öncəki qətlin TƏFƏRRÜATI  |     19:12 Deputatın adından DƏLƏDUZLUQ  |     19:07 "Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - QƏRAR  |     18:56 Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı  |     18:18 Ukrayna "Maşa və Ayı" cizgi filminin "Netflix"də qadağan edilməsini istəyir  |     18:13 Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?  |     17:53 Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun qurbanı oldu  |     17:52 Ceyhun Bayramov Moskvaya gedir  |    
Left Banner
Right Banner

Leonid Kalaşnikov Moskvadakı üçtərəfli görüşü şərh etdi: “Bir çox məsələlər bağlı qapılar arxasında qaldı”

11.01.2021 23:50 2 130
Leonid Kalaşnikov Moskvadakı üçtərəfli görüşü şərh etdi: “Bir çox məsələlər bağlı qapılar arxasında qaldı”
Azərbaycan, Rusiya və Ermənistan başçılarının Moskva görüşü ortaq bir bəyanat imzalamaqla başa çatdı.

Eyni zamanda, İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın çıxışları zamanı vəziyyətin qəbul edilməsində fərqliliklər meydana çıxdı.

Əgər Azərbaycan və Rusiya prezidentləri münaqişənin keçmişdə qaldığını, gələcəyi düşünməyin lazım olduğunu, situasiyanın nəzarət altında olduğunu söylədilərsə, Ermənistan baş naziri Qarabağdakı münaqişənin hələ həll olunmadığını bildirdi.

Media.Az Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovdan vəziyyəti şərh etməsini xahiş edib.

Ermənistan baş nazirinin mətbuat qarşısında çıxışının Rusiya və Azərbaycan liderlərinin açıqlamalarından fərqli tonda səslənməsini necə izah edə bilərsiniz? Bəlkə bu, müxalifətin davam edən etirazları fonundakı qorxu ilə əlaqədar idi?

Siz, əslində, faktiki olaraq sualınızı özünüz cavablandırdınız. Prezident İlham Əliyev vətəndaşlarının istəklərini təmin etdiyini hiss edir. Ermənistanda və baş nazir Nikol Paşinyan məsələsində bu baş vermədi. Məhz ona görə, bunun Ermənistan rəhbərinin ritorikasında hiss olunması təbiidir. Sizin diqqət etdiyiniz bu məqam o səpkidəndir. Lakin, məsələ təkcə müxalifətlə bağlı deyil.

Nikol Paşinyan da daxil olmaqla hər kəs məğlubiyyətin baş verdiyini başa düşür. Aydındır ki, nizama salınmada sülh yolundan başqa variant sadəcə olaraq ola bilməz. İrəvanın Azərbaycan və Rusiya ilə (bu prosesdə vasitəçi kimi) danışıqlar aparması lazımdır.

Moskvada belə bir görüşün olması lazım idi. Mənə elə gəlir ki, bir çox məsələ bağlı qapılar arxasında qalıb. Yaxın gələcəkdə geniş ictimaiyyət bunlardan xəbər tutmayacaq. Əlbəttə ki, üç dövlətin liderləri görüşəndə bir çox aktual məsələləri müzakirə edirlər.

Mən uzun illərdir deyirdim ki, münaqişəni yalnız Rusiya, Azərbaycan və Ermənistan liderləri həll edə bilər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın daha əvvəlki prezidenti Serj Sarkisyanla danışıqlar olub. Əgər ATƏT-in Minsk Qrupundan cavab gözləsəniz, bundan heç nə çıxmayacaq. Nə ABŞ, nə Fransa bizim həyatımızı yüngülləşdirməyə hazırlaşmırdı.скачать dle 11.3
Mojo.az Banner