Gənc aktrisaya qarşı seksual xarakterli hərəkətlər etmiş taksi sürücüsü polis bölməsinə gətirildi - FOTO
Bu məsələ öz məntiqi davamını tapıb.
Belə ki, L.Süleymanova özünün “İnstagram” səhifəsində onun şikayəti ilə bağlı Bakının 17-ci polis bölməsinin apardığı araşdırmanın yekunları ilə bölüşüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları nalayiq hərəkətlər etmiş Xəyyam adlı taksi sürücüsünü bölməyə gətirib ondan izahat alıblar və qadından üzr istəməsini təmin ediblər.
Xanımın bildirdiyinə görə, “Bolt” taksi sürücüsünün hərəkətlərinə hüquqi qiymət veriləcək.