Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Əri ilə birləşib ögey anasını qətlə yetirən qadının məhkəməsi başlayır

17.07.2021 15:15 1 095
Əri ilə birləşib ögey anasını qətlə yetirən qadının məhkəməsi başlayır
Bakıda qətl törətməkdə təqsirləndirilən Günay Məmmədova və əri Həmzə Verdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

25 mart 2021-ci il tarixdə Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi Rayon Polis idarəsinə daxil olan məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olmuş uzunmüddətli mübahisələr səbəbindən sonuncuların 25 mart 2021-ci il tarixdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Son xəbərlər