Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Tədarükün azalması ehtimalı neftin bahalaşmasına səbəb olub

13.07.2021 16:57 1 071
Tədarükün azalması ehtimalı neftin bahalaşmasına səbəb olub
Koronavirusun (COVID-19) “delta” ştammının yayılması səbəbindən tədarükün azalması ehtimalı fonunda dünya bazarında neft bahalaşır.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,28% bahalaşaraq, 1 bareli 75,36 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,34% artaraq, 1 bareli 74,35 dollar təşkil edib.

Treyderlər COVID-19-un “delta” ştammının yayılmasının neftə olan tələbə və iqtisadiyyatların bərpasına mənfi təsir göstərəcəyindən ehtiyat edirlər.

OPEC+ alyansının müqaviləsi ətrafında mövcud olan qeyri-müəyyənlik də bazara təsirsiz ötüşmür. İnvestorlar alyansın neft hasilatını artıracağını güman edirlər. Lakin müqavilənin detalları naməlum olaraq qalır.

Son xəbərlər