Mojo.az Banner
18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |    
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq təşkilatlara Oxçuçay fəlakəti barədə məlumat verilib

10.07.2021 20:32 918
Beynəlxalq təşkilatlara Oxçuçay fəlakəti barədə məlumat verilib
Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü əsasında "Karabakh is Azerbaijan!" Milli Platforması ilə birgə Ermənistan və Almaniya şirkətlərinin Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı zəhərli tullantılarla çirkləndirməsinə etiraz əlaməti olaraq xüsusi aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a bildirilib ki, pandemiya qaydaları çərçivəsində komitədə təşkil edilən aksiya zamanı könüllülər və platforma üzvləri öz şəxsi elektron ünvanlarından Avropanın müxtəlif ölkələrindəki parlamentarilərə, ABŞ konqresmenlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciət ediblər. Müraciətdə qeyd edilib ki, ekoterrora məruz qalan Oxçuçayın töküldüyü Araz çayı Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə təhlükəlidir. Ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki konvensiyasına qoşulmadığı və öhdəliklərdən yayındığı barədə ətraflı məlumat verilib.

Azərbaycanlı gənclər Qərb siyasətçilərini və beynəlxalq qurumları bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə, Ermənistan hakimiyyətindən öz öhdəliklərini beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyi tələb etməyə çağırıblar.

Aksiya zamanı Qərb siyasətçilərinin və beynəlxalq təşkilatların elektron ünvanlarına ingilis dilində ümumilikdə 100 mindən artıq müraciət göndərilib. Eyni zamanda, sosial şəbəkələr üzərindən də 100-lərlə paylaşımlar edilib.скачать dle 11.3
Mojo.az Banner