Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya klubu "Keşlə" ilə oyunadək yeni transferlər edəcək

10.07.2021 17:18 1 158
Rusiya klubu
Rusiyanın "Soçi" klubu qarşıdakı mövsümün startınadək bir neçə mövqeyi gücləndirmək istəyir.

Bu barədə komandanın baş məşqçisi Vladimir Fedotov keçirdiyi mətbuat konfransında açıqlama verib.

"Transferlər gözləyirik. Gücləndirilməli mövqelərimiz var. Sifariş ərizəmizdə boş yerlər mövcuddur" deyən Fedotov özlərinə əminlikdən ötrü yeni oyunçuların alınmasının vacibliyini dilə gətirib. Onun fikrincə, futbolçu çatışmazlığı oyuna da təsirini göstərə bilər. Bu baxımdan, baş məşqçi rotasiyalara gərək duyduqlarını vurğulayıb.

"Soçi"nin yeni mövsümdə ilk rəsmi matçı 22 iyula təsadüf edəcək. Fedotovun rəhbərlik etdiyi kollektiv həmin gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyununda "Keşlə"ni qəbul edəcək. Bunadək isə Rusiya təmsilçisi 10 - 18 iyulda Moskva və Moskvaətrafında Parimatç Premyer Kubokuna qatılacaq. Həmin turnirdə "Spartak", "Rubin" və "Ximki" də iştirak edəcək.

Fedotov bildirib ki, əsas məqsəd turnir zamanı yeni oyunçuları nəzərdən keçirməkdir: "Biz 7 oyunçu itirmişik. Onlardan bəziləri, məsələn, Anton Zabolotnı vacib idi. Bir neçə oyunçumuz heç bir oyun keçirməyib. İstəyimiz keyfiyyətli hazırlaşmaq, qarşıya qoyulan vəzifələri həll etməkdir".

Xatırladaq ki, iyulun 22-də "Fişt" stadionunda keçiriləcək "Soçi" - "Keşlə" matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. İyulun 26-da Rusiya Premyer Liqasında ilk turun "Nijni Novqorod"la görüşünə çıxacaq "Soçi" iyulun 29-da Bakıda "Keşlə" ilə cavab oyununu keçirəcək.

Son xəbərlər