Mojo.az Banner
16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Fərdi şəkildə heyvan kəsib satan şəxslərin NƏZƏRİNƏ

08.07.2021 18:12 1 014
Fərdi şəkildə heyvan kəsib satan şəxslərin NƏZƏRİNƏ
“Qida Təhlükəsizliyi Agentliyi fərdi yaşayış sahələrində heyvan kəsimi və satışı ilə məşğul olan şəxslərlə bağlı yoxlamalar həyata keçirir”.

Bu barədə Agentliyin şöbə müdiri Mansur Piriyev danışıb.

O bildirib ki, əgər söhbət qanunsuz fəaliyyətdən gedirsə, xüsusilə də əgər bu, satış məqsədi ilə həyata keçirilirsə, qida zəncirinə daxil olmağa qanunsuz cəhd hesab edilir:

“Bu, heyvan kəsimi ilə bağlı qanunvericiliyin tələblərinin çox ciddi şəkildə pozulmasıdır. Vətəndaşlar bu cür hallar müşahidə edirlərsə 1003 qaynar xəttinə müraciət edə bilərlər. Bununla bağlı dərhal tədbirlər həyata keçiriləcək”.

Mansur Piriyev qeyd edib ki, ümumiyyətlə heyvan sağlamlığının təmin olunması ən vacib şərtlərdən biridir, çünki Azərbaycan xalqının gündəlik qida rasionunda üstünlük təşkil edir.

“Heyvan mənşəli məhsullar xüsusi risk qrupuna daxil olan məhsullar arasındadır. Buna görə də AQTA üçün xüsusi fəaliyyət istiqamətlərindən biridir”.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner