Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumda 2 500 sahibkar iştirak edəcək

08.07.2021 15:34 882
Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumda 2 500 sahibkar iştirak edəcək
“Bu il Bakıda keçirilməsi planlaşdırılan Beynəlxalq Biznes Forumda (IBF) 2 500-ə yaxın iş adamını bir araya gətirməyi planlaşdırırıq”.

Bunu "Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi”nin (MÜSİAD) İdarə Heyətinin sədri Abdurrahman Uzun deyib.

Xatırladaq ki, tədbirin keçirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA) və IBF arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və IBF-in sədri Erol Yarar imzalayıblar.

“Bu forum 2 ildən bir keçirilir, 2 il əvvəl Bosniya Hersoqovinada baş tutmuşdu”, - deyə A.Uzun əlavə edib.

Son xəbərlər