Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək

16.09.2024 19:13 885
Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək
Oktyabrın 8-9-da Bakıda ilk dəfə Azərbaycan Halal Biznes Forumu ("Azhab Forum") keçiriləcək.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.

O, Pakistan şirkətlərini konfrans və sərgidən ibarət olan bu Foruma iştirak üçün dəvət edib.

Qeyd edək ki, "Azhab Forum" qlobal halal ticarət sahəsində yeni biznes imkanlarını araşdırmaq üçün çoxsahəli şəbəkə təklif edən unikal tədbir hesab olunur. İki gün davam edəcək tədbir çərçivəsində halal məhsul və xidmətlərin ixtisaslaşmış sərgisi, həmçinin halal maliyyə, turizm, əczaçılıq, tekstil, qida və digər sənaye sahələrində ixtisaslaşan beynəlxalq ekspertlər və analitiklərin iştirakı ilə müzakirələr və sessiyalar keçiriləcək.

Forumda Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya, Türkiyə, Azərbaycan, Pakistan, Rusiya və Özbəkistandan olan halal standartlarının tətbiqi sahəsində nüfuzlu ekspertlərin və sənaye təhlilçilərinin müzakirələri yer alacaq.

Forumun müzakirə mövzularına Azərbaycanın halal xidmətlər mərkəzinə çevrilmə imkanları, Regional Halal Ticarət Mərkəzinin, halal məhsulların istehsalı üzrə azad ticarət zonaların yaradılması, halal bazarların gələcəyi, MDB ölkələrində halal bazar, sertifikatlaşdırma və standartlar, halal bankçılıq və halal sığorta daxildir.

Forum çərçivəsində keçiriləcək sərgi isə "Qida və içki", "Halal Sertifikatlaşdırma və Halal Standartları", "Maliyyə və Bank işi", "Turizm və Otelçilik", "Kosmetika və şəxsi qulluq", "Əczaçılıq və Səhiyyə", "Texnologiya və İnnovasiya", "Logistika və Nəqliyyat", "Moda və Tekstil", "Təhsil və təlim", "Media və Marketinq", "Pərakəndə satış və françayzinq", "KOS və Sahibkarlıq", "Dövlət və Tənzimləyici orqanlar", "Ətraf Mühit və Davamlılıq", həmçinin "Ticarət Palataları və Ticarət Birlikləri" kimi bölmələri əhatə edəcək.

Son xəbərlər