Mojo.az Banner
19:41 "Anthropic" və "OpenAI"dan Al təhlükəsi xəbərdarlığı: Bu, bəşəriyyəti xilas edə bilər  |     19:36 Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək  |     19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağda erməni hərbçilərin qalıqları tapıldı

02.07.2021 00:00 933
Qarabağda erməni hərbçilərin qalıqları tapıldı
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu gün aparılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində məhv edilmiş daha iki erməni hərbçinin qalıqları tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, onlar hərbi əməliyyatlar zamanı məhv ediliblər. Aşkarlanan qalıqların şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi ölkənin ikinci Qarabağ müharibəsində məhv edilmiş və itkin düşmüş hərbçilərinin sayını gizlədir. Bununla yanaşı, Səhiyyə Nazirliyi də morqlarda saxlanılan və ekspertiza mərhələsində olan meyitlərin sayını ictimaiyyətdən gizli saxlayır.

Daha əvvəl bildirilib ki, Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən məhv edilmiş 3 783 əsgər və zabitinin meyiti və qalıqları bu ölkənin Səhiyyə Nazirliyinin müvafiq orqanları tərəfindən məhkəmə-tibb ekspertizasından keçirilib, daha 81 nümunə DNT ekspertizası mərhələsindədir.скачать dle 11.3
Mojo.az Banner