Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN bu şəxslərin toylarda iştirakını tövsiyə etmir

01.07.2021 19:49 1 281
DİN bu şəxslərin toylarda iştirakını tövsiyə etmir
"Yüksək risk qrupuna aid olan şəxslərin toy mərasimlərində iştirakı tövsiyə edilmir”.

Bunu "report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

DİN rəsmisinin sözlərinə görə, 50 nəfərə qədər şənlik mərasimlərində mütləq qaydada tibbi maska tələbi var:

"Bu tədbirlərdə iştirak edən şəxslər, xüsusilə də risk qrupuna aid olanlar, səhhətində problem olan, yaxud digər kateqoriyaya aid olan vətəndaşlar diqqətli olmalıdır. Əgər hər hansı şəxsin sağlamlığında təhlükəli hal varsa, onun belə məclislərdə iştirakı tövsiyə edilmir”.

E.Hacıyev xatırladıb ki, 150 nəfərə qədərlik məclisdə iştirak üçün mütləq qaydada COVID-19 pasportuna sahib olmaq lazımdır:

"Yəni vətəndaşlar mütləq şəkildə vaksinasiya olunmalıdır. Əks halda həmin şəxslərin toylarda iştirakına icazə verilməyəcək.

Bu qayda və normaların gözlənilməsi tək iştirakçıların deyil, eləcə də sahibkarlıq subyektlərinin, restoran inzibatçılarının və toy sahiblərinin üzərinə düşən əsas məsuliyyətdir.

Tərəflər arasında toy mərasimlərinin keçirilməsinə 5 gün qalmış iltizam sənədinə müvafiq olaraq öhdəçilik götürülür. Hüquq pozuntusu olarsa, qanunvericiliyə müvafiq tədbir görüləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib.скачать dle 11.3
Mojo.az Banner