Mojo.az Banner
17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN: “Açıq havada və çadırda toy mərasimi keçirmək olar”

24.06.2021 17:09 1 485
DİN: “Açıq havada və çadırda toy mərasimi keçirmək olar”
O deyib ki, 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri isə birmənalı olaraq, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərində - restoranlarda, ona bərabər digər məkanlarda müvafiq icazə əsasında həyata keçirilə bilər.

DİN rəsmisi şənlik mərasimlərində hansı qaydalara əməl etmək lazım olduğuna, bəy və gəlindən, musiqiçilərdən COVID-19 pasportunun tələb olunub-olunmayacağına da aydınlıq gətirib:

"50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur.

50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində COVID-19-a qarşı tam peyvənd olunma və ya COVID-19-dan sağalaraq immunitetə malik olma barədə təsdiqedici sənəd (COVID-19 pasportu) tələb edilmir.

Eyni zamanda 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən musiqiçilərdən COVID-19-a qarşı tam peyvənd olunma və ya COVID-19-dan sağalaraq immunitetə malik olma barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) tələb olunmur”.

E.Hacıyevin sözlərinə görə, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində yalnız sıxlıq normasına əməl olunması və tibbi maskalardan istifadə edilməsi tələb olunur:

"50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (COVID-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən müəyyən qaydalara əməl etməklə şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.скачать dle 11.3
Mojo.az Banner