Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tovuzda Suvarma İdarəsindən və fermadan oğurluq edilib

29.06.2021 16:02 1 905
Tovuzda Suvarma İdarəsindən və fermadan oğurluq edilib
Tovuz rayonunda Suvarma Sistemləri İdarəsi və fermadan oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də rayon ərazisindəki fermaların birindən 400 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Düz Cırdaxan kənd sakinləri S.Məmmədov və O.Məmmədov saxlanılıblar.

Davam etdirilən tədbirlərlə onların rayon ərazisindəki bir daş karxanasından 600 metr, bir fermadan isə 1800 metr elektrik naqili oğurlamaları da müəyyən edilib.

Bundan başqa, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də “Ceyrançöl” adlanan ərazidə Suvarma Sistemləri İdarəsinə məxsus su mühərrikinin 1000 manat dəyərində elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Çatax kənd sakini M.Quliyev və Bakı şəhər sakini N.Ələkbərov saxlanılıblar.скачать dle 11.3
Mojo.az Banner