20:02 Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq  |     20:01 UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi  |     19:45 “Adidas” DÇ-2026 iştirakçılarının yeni formasını təqdim etdi  |     19:39 Bakıda piyada zonaları əsaslı şəkildə genişləndirilir  |     19:37 İsrail Misirlə sərhəddə silah qaçaqmalçılığına qarşı mübarizəni gücləndirir  |     19:25 Sabahın tibbi-meteoroloji PROQNOZU  |     19:19 Tibbdə yeni kəşf: Sızanaq dərmanı beyin xəstəliklərinə qarşı qoruyucu ola bilər  |     19:12 Rusiyada azərbaycanlı qardaşlara 29 il həbs cəzası verildi  |     19:05 Pakistan Əfqanıstana zərbələr endirdi  |     19:00 Prodüser Təranənin cəzası azaldıldı  |     18:53 COP30-la əlaqədar ezamiyyə normaları dəyişdi  |     18:49 Tural Güləhmədova yüksək VƏZİFƏ VERİLDİ  |     18:32 Bakıda eyvanlar arasında köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video  |     18:21 Beyləqanda 15 yaşlı qız uşaq dünyaya gətirdi: 31 yaşlı kişi HƏBS EDİLDİ  |     18:00 Londonda səhvən azadlığa buraxılmış məhbus polisə təslim oldu  |     17:53 "Zəfər Yolları" adlı sənədli film təqdim edildi - Video  |     17:51 Əməkdar artist Vahid Əliyev VƏFAT ETDİ  |     17:33 Rusiyada mer istefa verdi  |     17:26 Yanacağa görə yol vergisi kəskin artırılacaq  |     17:20 "Avropa klublarından maraq ola bilər" - Elvin Cəfərquliyev  |    

Nazirlik rəsmisi son günlər ölkədə baş verən yanğınlardan DANIŞDI

“Azərbaycan meşəsi az olan ölkələr siyahısındadır və cəmi 12 faizə yaxın ərazi meşə ilə örtülüb. Hətta lokal bir yanğın da arzuolunmazdır”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda baş verən yanğın hadisələrinin böyük əksəriyyəti insan faktoru ilə əlaqədardır:

“Çox hallarda taxıl biçəndən sonra həmin ərazinin yandırılması baş verir. Belə bir mülahizələr var ki, taxıl biçildikdən sonra ərazinin yandırılması oradakı həşarətləri məhv edəcək və məhsuldarlıq artacaq. Bu, tamamilə cəfəngiyyatdır.

Əksinə bu cür yanğın etməklə torpağın münbit qatı məhv olur və nəticədə növbəti illərdə sahibkar orada əkinə başlayanda dəfələrlə xərc qoymalı olur”.

H.Əlizadə qeyd edib ki, yanğın hadisələrinin baş verməməsi üçün davamlı olaraq insanlarla maarifləndirilmə işləri aparılır:

“Davamlı olaraq dövlət qurumları ilə birlikdə sakinlərlə görüş keçirilir, məlumatlandırılır. Yanğın hadisələrini törədən şəxslər barədə cəza tədbirləri görülür. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə (Əkin yerinin yandırılmasına görə) görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Bundan əlavə olaraq, Cinayət Məcəlləsinə də 260-1-ci maddəsi ilə yanğına yol verən şəxslər bir ilə kimi azadlıqdan məhrum edilə bilər”.

O əlavə edib ki, yanğın hadisələri aran və cənub bölgəsində daha çox qeydə alınır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            636 29.06.21 15:48