Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Hindistan Çinlə sərhəddə hərbi qüvvəsinin sayını artırıb

29.06.2021 12:43 747
Hindistan Çinlə sərhəddə hərbi qüvvəsinin sayını artırıb
Hindistan bölgədəki mövqelərini möhkəmləndirmək üçün son aylarda Çinlə sərhədə azı 50 000 əlavə qüvvə köçürüb.

Bu barədə “Mint” qəzeti mənbələrə istinadən xəbər yayır.

Qəzetin yazdığına görə, Müdafiə Nazirliyi üç sərhəd bölgəsinə qoşun və hava qüvvələri birlikləri yerləşdirib. Ümumiyyətlə, hazırda Çinlə sərhəddə təxminən 200 min hindistanlı hərbi personal cəmlənib, bu da keçən ilə nisbətən 40 % çoxdur.

Həmçinin qeyd edilir ki, Çin də bu yaxınlarda Himalay dağlarının ətəklərində Hindistanla sərhəddəki mübahisəli ərazilərdə patrul vəzifəsindən məsul olan Sincan hərbi komandanlığının sərəncamına əlavə qüvvələr göndərib. Çin sərhəd bölgələrində bunkerlər və hava zolaqları inşa edir.

Bu məlumatla bağlı hələ rəsmi şərh verilməyib.

2020-ci ilin may ayında iki ölkə sərhədindəki Ladax dağlıq bölgəsində qarşıdurma meydana gəlib və hər iki tərəfdə ölüm hadisəsi baş verib. Hindistan və Çin əraziyə ağır topları, tankları və təyyarələri yerləşdirdi. Lakin hərbi və diplomatik səviyyədə bir sıra danışıqlardan sonra 10 fevralda Pekin və Yeni Dehli qoşunların sərhəd xəttindən qarşılıqlı çəkilməyə başlayıblar.скачать dle 11.3
Mojo.az Banner