Mojo.az Banner
22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |     20:00 "Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi  |     19:54 Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO  |    
Left Banner
Right Banner

Tailand "F-16" qırıcıları ilə Kamboca ordusunun mövqelərini bombalayıb (Yenilənib)

24.07.2025 11:56 687
Tailand
Tailand Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri sərhəddəki gərginliyin artması ilə əlaqədar Kamboca ordusunun mövqelərini bombalayıb.

Bu barədə "Khmer Times" qəzeti məlumat yayıb.

Belə ki, saat 11:30-da (Bakı vaxtı ilə 08:30 - red.) Tailand Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları Preaxvixea əyalətindəki mübahisəli sərhəd zonası boyunca Kambocaya məxsus hərbi mövqelərə zərbələr endirib.

Məlumatda qeyd olunur ki, toqquşmalar səhər saat 7:30-də (Bakı vaxtı ilə 04:30 - red.) Oddar-Miençey vilayətində mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb.

Yerli sakinlər şiddətli atışma və partlayış səsləri eşitdiklərini bildiriblər ki, bu da hər iki tərəfin ağır silahlardan istifadə edə biləcəyini göstərir.

* * * * *

Tailandın xarici işlər naziri Maris Sanqiamponqsa bu gün Nyu-Yorkda yerləşən Birləşmiş Millətlər Təşkilatında(BMT) Kamboca və Tailand arasındakı gərginliyi müzakirəyə çıxaracaq.

Median.Az
"RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tailand diplomatik missiyası məlumat yayıb

Tailandın XİN rəhbəri Yaponiya və Rusiyadan olan nümayəndələrlə də görüşəcək.

Məlumatda həmçinin qeyd olunur ki, vəziyyətin gərginləşməsi fonunda Tailand Kamboca ilə həmsərhəd olan dörd əyalətin sakinlərinin evakuasiyasına göstəriş verib.

* * * * *

Kamboca və Tailand arasındakı mübahisəli sərhəddə silahlı toqquşma baş verib.


Bu barədə "Reuters" agentliyi hər iki tərəfin hərbi qüvvələrinə istinadən məlumat yayıb.

"Tailand və Kamboca arasında silahlı toqquşmalar səhər tezdən başlayıb", - nəşrdə qeyd olunur.

Eyni zamanda, agentliyin məlumatına görə, hər iki tərəfin hərbi qüvvələri bir-birini ilk atəşi açmaqda ittiham ediblər.

Tailand hərbçilərinin bəyanatına əsasən, Kamboca mübahisəli ərazidə yerləşən Ta Moan Thom məbədi yaxınlığında atəş açıb. Tailand tərəfi iddia edir ki, Kamboca hərbçiləri kəşfiyyat məqsədilə pilotsuz uçuş aparatı (PUA) istifadə edib, daha sonra isə guya ağır silahlarla bu əraziyə qoşun göndərmək niyyətində olub.

Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi "Reuters"ə bildirib ki, krallığın Silahlı Qüvvələri özünümüdafiə məqsədilə cavab verib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner