Mojo.az Banner
SON DƏQİQƏ
18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yolun inşasına hazırlıq gedir

26.06.2021 19:47 858
Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yolun inşasına hazırlıq gedir
Gürcüstanın Kaxeti bölgəsində yeni avtomagistral üzərində Tbilisi-Saqareco yol hissəsinin inşası ilə bağlı tender elan olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, yüksək hərəkət intensivliyi ilə seçilən hissədə 35,2 kilometr uzunluqda dördzolaqlı asfalt örtüklü yol çəkiləcək.

Yolun inşası dövlət büdcəsindən maliyyələşdiriləcək. Layihələndirmə işlərini Dünya Bankının maliyyə dəstəyi ilə xarici şirkətlər həyata keçirib.

Üç lot üzrə elan edilmiş tenderdə Gürcüstan şirkətləri ilə yanaşı, birgə müəssisələr də iştirak edə biləcəklər.

Tbilisi-Saqareco yolu Gürcüstan paytaxtını Kaxeti regionu ilə birləşdirən, həmçinin Azərbaycanın şimal-qərb bölgəsi ilə əlaqələndirən tranzit dəhlizin bir hissəsidir. Yeni yolun inşası ilə hərəkətin təhlükəsizliyi artacaq və səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq. Layihə həmçinin Kaxetidə kənd təsərrüfatı və turizmin inkişafına dəstək verəcək, Gürcüstan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətini artıracaq.скачать dle 11.3

Son xəbərlər