Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda yolun Azərbaycana gedən dolama hissəsinin tikintisi başa çatıb

01.08.2024 19:23 1 443
Gürcüstanda yolun Azərbaycana gedən dolama hissəsinin tikintisi başa çatıb
Tbilisidən Azərbaycan sərhədinə gedən Bakurtsixe – Snori magistral yolunun bir hissəsinin tikintisi başa çatıb.

Yolun açılış mərasimi yerli televiziya kanallarında yayımlanıb.

“Bu yolun açılmasından sonra avtonəqliyyatın insanların sıx məskunlaşdığı Snori və ətrafındakı altı kənddən keçməməsi çox vacibdir, bu da həmin yaşayış məntəqələrinin yükünü azaldacaq. Yeni yol hərəkət və təhlükəsizlik standartlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, hərəkət vaxtını üç dəfə azaldacaq və nəqliyyatın buraxılış qabiliyyətini 2,5 dəfə artıracaq”, – Gürcüstanın Baş naziri İrakli Kobaxidze tədbirdə deyib.

Öz növbəsində, Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze qeyd edib ki, tikilmiş 18 kilometrlik yol Tbilisi – Bakurtsixe – Laqodexi – Azərbaycan beynəlxalq magistralının bir hissəsidir.

Əvvəllər tranzit marşrutu kiçik kəndlərdən keçirdi.

Qeyd edək ki, Gürcüstanın şərqindəki Kaxeti bölgəsində Bakurtsixe və Snori şəhərləri arasındakı dolama yol layihəsinə iki zolaqlı yol və altı körpü daxildir. Yolun yeni hissəsinin tikintisi 2022-ci ildə Asiya İnkişaf Bankının dəstəyi ilə başlanıb və təxminən 33 milyon dollara başa gəlib.скачать dle 11.3
Mojo.az Banner