Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)

24.09.2026 20:44 159
Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)
Xətai rayonunda illərdir tikintisi yarımçıq qalan və qəzalı vəziyyətə düşən binada yeddi ailə yaşayır.

Median.Az
"Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bina Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 ünvanında yerləşir.

Sakinlərin sözlərinə görə, bina vaxtilə metropoliten işçilərinin mənzillə təmin olunması məqsədilə inşa edilməyə başlanılıb. Lakin tikinti bir müddət sonra dayandırılıb.

Hazırda binanın birinci və ikinci mərtəbələrində yeddi ailə yaşayır. Sakinlər bildirirlər ki, yarımçıq tikili illər ərzində qəzalı vəziyyətə düşüb. Yağışlı havalarda isə mənzillərə su sızır.

Sakin Sərmayə İbrahimovanın sözlərinə görə, problemin həlli üçün bir neçə ildir aidiyyəti qurumlara müraciət edirlər. Onlara binanın tikintisinin özəl təşkilata həvalə olunacağı və sakinlərin yeni mənzillərlə təmin ediləcəyi bildirilsə də, hələlik nəticə yoxdur.

Sakinlərdən biri isə 40 il metropoliten sistemində çalışdığını və mənzilin ona növbə əsasında verildiyini deyir. O, hazırda ailəsi üçün daha təhlükəsiz mənzil istəyir.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binanın tikintisinə 1990-cı illərdə başlanılıb, lakin sonradan işlər dayandırılıb. Hazırda tikintisi tamamlanmayan bina heç bir qurumun balansında deyil.

İcra hakimiyyətindən qeyd olunub ki, yarımçıq tikilinin müvafiq sənədləri olmadığı üçün bina qanunsuz hesab edilir.

Sakinlər isə problemin həll olunmasını və təhlükəli vəziyyətdə olan binadan köçürülmələrini istəyirlər.скачать dle 11.3
Mojo.az Banner