Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

XİN başçısı: “Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı unikal formatdır”

12.08.2020 22:03 2 257
XİN başçısı: “Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı unikal formatdır”
“Regional əməkdaşlıq Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani “Gürcüstan və qonşuluq” adlı illik konfransda deyib.

Onun sözlərinə görə, regional əməkdaşlıq uzunmüddətli və dayanıqlı inkişaf üçün əsas hərəkətverici qüvvədir və bunun ən yaxşı nümunəsi Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatıdır:

“Biz Cənub Qaz Dəhlizi layihəsinin tam reallaşdırılması ideyasına sadiqiq. Azərbaycan, Gürcüstan və Türkiyə arasında unikal regional sinergiya var. Bir tərəfdən Azərbaycanın enerji ehtiyatlarına artan tələbatın ödənilməsi mümkün olur, digər tərəfdən isə Gürcüstan və Türkiyənin tranzit potensialı Avropa bazarlarına əlavə resursların çatdırılması üçün unikal imkan yaradır”.

D.Zalkaliani qeyd edib ki, regional əməkdaşlığın daha bir nümunəsi ötən il Gürcüstanın baş naziri, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutan TANAP-ın ikinci hissəsinin açılmasıdır: “Bu layihə Avropanın təhlükəsizliyində yeni era deməkdir və Cənub Qaz Dəhlizinin tam gücü ilə işləməsini təmin edir”.

XİN başçısı ümidvar olduğunu bildirib ki, Mərkəzi Asiya ölkələrini Gürcüstanın nəqliyyat və kommunikasiya layihələri ilə əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yaxın zamanlarda başa çatdırılacaq.скачать dle 11.3
Mojo.az Banner