Mojo.az Banner
19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bank qəhrəman zabiti “qara siyahı”ya salıb – Polkovnik – leytenanta qarşı haqsızlıq

25.06.2021 22:26 1 008
Bank qəhrəman zabiti “qara siyahı”ya salıb – Polkovnik – leytenanta qarşı haqsızlıq
Azərbaycan Ordusunun polkovnik-leytenantı, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində əvvəldən sona qədər rəşadət göstərmiş, bir neçə dəfə yaralansa da, israrla cəbhə xəttinə qayıdaraq, düşmənlə savaşmış Elşən Umarov bankların haqsızlığı ilə üzləşib.

Zabitimiz Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasında iştirak edib, Ali Baş Komandan tərəfindən təltif edilib. Peşəkar zabit E.Umarov hazırda Vətən qarşısında xidmətini Qubadlıda davam etdirir.

Median.Az xəbər verir ki, onun yaxınları “AzPolitika.info”-ya bildiriblər ki, E.Umarov hazırda banklardan kredit ala bilmir. Çünki döyüşlərdə olduğu zaman “Unibank”-a kredit borcunu gecikdirib, buna görə onun adını Mərkəzi Bankın “qara siyahısı”-na salıblar.

Baxmayaraq ki, müharibə dayandıqdan sonra Elşən Umarov gəlib gecikmiş borclarını ödəyib.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev banklara tövsiyə etmişdi ki, Vətən müharibəsi iştirakçılarının döyüşlər gedən müddətdə kredit ödənişlərini o döyüşçülərə bağışlasınlar. Amma adıçəkilən bank dövlət başçısının bu tövsiyəsini Elşən Umarova aid etməyib.

“Elşən Umarov zabit kimi yüksək əməkhaqqı alıb, müharibədən əvvəl kredit borclarını vaxtında ödəyib. Ona görə kredit almaq onun üçün problem olmayıb. Amma müharibə günlərində, zabitlərin nəinki kredit ödəmək, həftələrlə ailəsi ilə telefonda danışmaq imkanı olmayıb.

Bu şəraitdə E.Umarov kreditin borcunu necə ödəyə bilərdi? O, döyüşlərdən qayıdan kimi gecikmiş borclarını qaytarıb və hazırda qrafik üzrə ödənişini davam etdirir. Amma ona yenidən kredit vəsaiti lazımdır, çünki övladının xeyir işi yaxınlaşır, onun xərclərini qarşılamalıdır. Hazırki şəraitdə bu vəsaiti ancaq banklardan almaq olar, çünki Azərbaycan Ordusununun zabitləri, onların çevrələri varlı insanlar deyillər. Müharibədən sonra şəhidlərin, qazilərin milyonlarla manat borcları bağlanıb.

Elə bu fakt göstərir ki, zabitlər daim ehtiyac içində olublar və bankların ən çox müştəriləri elə bu təbəqədəndir. “Unibank” ASC-dən Elşən Umarova bildiriblər ki, adı Mərkəzi Bankın reyestrində problemli müştəri kateqoriyasına salınıb. Ona görə istədiyi kredit məbləğini ona verə bilməzlər”, – deyə zabitin qohumları bildiriblər.

E. Umarov hazırda üzləşdiyi haqsızlığa görə çıxılmaz vəziyyətdədir. Onu daha çox incidən isə işi-gücü rahat otaqlarda, fırlanan kreslolarda əyləşib pul satmaq olan bankirlərin ona pul satmamasıdır. O, sadəcə aylıq 25-27 fazilə, daha doğrusu sələmçi şərtləri ilə borc vəsaiti istəyir ki, problemini yoluna qoya bilsin. Amma problemli kreditlər içində itib-batan banklar Azərbaycan zabitinin özünü “problemli” elan ediblər.скачать dle 11.3
Mojo.az Banner