Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Toy edənlərin icazə alma qaydası açıqlanıb - VİDEO

23.06.2021 18:38 1 356
Toy edənlərin icazə alma qaydası açıqlanıb - VİDEO
Azərbaycanda toy edənlərin icazə alma qaydası açıqlanıb.

Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı "report"a bildirib ki, şənliklərin keçirilməsi icaze.e-gov.az saytı vasitəsilə təmin olunacaq.

Onun sözlərinə görə, sahibkar (möhür səlahiyyətli şəxs tərəfindən) asan imza və ya elektron imza vasitəsi ilə sistemə daxil olur:

"Növbəti mərhələdə isə sahibkar tərəfindən əməkdaşların icazələri daxil olunur. Əməkdaş əmək müqaviləsi ilə çalışdıqda FİN nömrəsi, vəzifəsi və icazənin başlama və bitmə vaxtı qeyd olunur.

Xidməti müqavilə ilə çalışan əməkdaşlarda isə onun VÖEN və FİN nömrələri qeydiyyata alınır. Tədbirin başlanmasına 5 gün qalmış sahibkarlar tərəfindən tədbir haqqında məlumatlar sayta daxil edilir. Tədbirin keçirildiyi obyekt, zalın adı seçilir.

Tədbirin başlanma və bitmə saatı, qonaqların sayı Nazirlər Kabinetinin müvafiq qərarında göstərilmiş məkan sahibi ilə toy sahibi arasında olan iltizam sənədinin imzalanmış skan versiyası sistemə daxil edilir və yaddaşda saxlanılır".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən müəyyən qaydalara əməl etməklə şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.

Son xəbərlər