Mojo.az Banner
23:02 “Diesel”in yaradıcısı vəfat etdi  |     22:55 “Crocus”dakı terror aktını törədənlərdən daha biri intihara cəhd etdi  |     22:50 Leysan Nabranda da ciddi fəsadlar yaratdı  |     22:43 Siqaret ixracından gəlirlər 4 dəfə artıb  |     22:38 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi  |     22:32 Mövsümi meyvələr nə üçün bahadır - SƏBƏB  |     22:22 Tramp İranı bir gecəyə məhv etməklə hədələdi  |     22:16 Ağıl dişinin çəkilməsi hansı təhlükələrə səbəb ola bilər?  |     22:10 Qədim sualtı dünya müasir insanların əcdadları barədə yeni detalları üzə çıxardı  |     22:02 İtaliya A Seriyası: "Yuventus" öz meydanında qələbə qazandı  |     21:53 Ermənistan İqtisadiyyat Nazirliyində atəş açılıb: Yaralanan var  |     21:40 Suçiçəyi ilə bağlı narahatlıq - Səhiyyə Nazirliyindən açıqlama  |     21:36 NATO ölkələri İrana qarşı müharibəyə qoşulacaq? - AÇIQLAMA  |     21:30 Novxanı sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə...  |     21:27 Güclü yağışlar müharibə ilə bağlıdır? - AÇIQLAMA  |     21:13 “Qarabağ” “Karvan-Yevlax”ı darmadağın etdi  |     21:07 Culfa kəndlərində işıq olmayacaq  |     21:00 Gəncə sakini su çənini rəngləyən zaman zəhərlənərək ölüb  |     20:55 KİV: İrana dost ölkələr də Hörmüzdən keçidə görə rüsum ödəyəcəklər  |     20:35 İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub?  |    
Left Banner
Right Banner

Restoranlarda işçi heyəti necə formalaşdırılacaq? - RƏSMİ

22.06.2021 16:11 555
Restoranlarda işçi heyəti necə formalaşdırılacaq? - RƏSMİ
“Nazirlər Kabinetinin qərarına əsasən xüsusi karantin rejimində şənliklərin keçirilməsi icaze.gov.az saytı ilə tənzimlənir”.

Oxu.Az xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzinin Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı məlumat verib.

O bildirib ki, sistemə mühüm səlahiyyətli şəxs, yəni məkanın rəhbər şəxsi “Asan Login” və ya elektron imza ilə giriş edə bilər:

“İlk növbədə o, əməkdaşları barədə məlumatları qeyd edir. İcazələri daxil edir. Əgər əməkdaş əmək müqaviləsi ilə çalışırsa, onun FİN nömrəsi, xidməti müqavilə ilə çalışdıqda isə onun VÖEN məlumatları və FİN məlumatları daxil edilir. Daha sonra onun əməkdaşlarının 80 faizinin COVID-19 pasportunun olub-olmaması yoxlanılır”.

A.Qurbanlı qeyd edib ki, İcbari Tibbi Sığorta sisteminə inteqrasiya olunduqda bütün məlumatları daxil etdikdən sonra vaksinin vurulub-vurulmaması, birinci və ikinci dozanın qəbulu və immunitet sertifikatının olması yoxlanılır:

“Məkan sahibinə əməkdaşlarının neçə faizinin vaksin olunduğu və COVID-19 pasportunun olub-olmaması ilə bağlı məlumat verilir. 80 faizdən yuxarı əməkdaş vaksin olunubsa, tədbirə icazə veriləcək”.скачать dle 11.3
Mojo.az Banner