Mojo.az Banner
15:33 Nazirlik üzərliklə bağlı əhaliyə müraciət etdi  |     15:31 Ucarda zəncirvari qəza: Xəsarət alanlar var  |     15:16 Lerikdə I Qarabağ müharibəsinin itkin-şəhidi Nail Dənziyev dəfn edilib  |     15:10 Peruda müvəqqəti prezident seçildi  |     13:52 Bakıda qohumunun evindən oğurluq edən şəxs KAMERAYA DÜŞDÜ - Video  |     13:33 Pakistanda yaşayış binasında PARTLAYIŞ: Azı 16 nəfər öldü, xeyli yaralı var  |     13:32 Rusiya Ermənistanı hədələdi - Sergey Şoyqudan qəzəbli açıqlama  |     13:31 Prokurorluq Ruslan Eyyubovla bağlı məhkəməyə təqdimat göndərdi  |     13:30 Bakıdan Laçına avtobus reysi açılır  |     13:26 Qaxda keçmiş məhkum külli miqdarda narkotiklə ƏLƏ KEÇDİ - VİDEO  |     13:09 Hava şəraiti kəskin dəyişəcək - Nazirlikdən əhaliyə müraciət  |     13:08 Ölüm cəzası istənilən Cənubi Koreyanın sabiq prezidenti ÖMÜRLÜK HƏBS EDİLDİ  |     13:02 May ayında altı gün ictimai nəqliyyat bəzi şəxslər üçün PULSUZ OLACAQ  |     13:01 Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib - FOTO  |     12:43 Ailəsi ilə mübahisə edən almaniyalı gənc Qazaxda həbs olundu  |     12:41 Marketə alış-verişə getdi, maşınından oldu: Yasamalda olay  |     12:40 Neftçala ərzaq bazarında nöqsanlar aşkarlandı, sahibkar cəzalandırıldı - Video  |     12:39 Direktorların işə qəbulu BAŞLAYIR  |     12:27 Azərbaycan nefti 71 dollara yaxınlaşdı  |     12:23 Sumqayıtda iki məşhur gimnaziyada nöqsanlar AŞKARLANDI  |    
Left Banner
Right Banner

Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

19.06.2021 18:30 798
Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
Prezident İlham Əliyev “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunları təsdiq edib və bununla əlaqədar Fərmanlar imzalayıb.

Yeni qanunlarla dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir və həmin şəhadətnaməyə dair müddəalar qanunvericilik aktlarından çıxarılıb.

İndiyədək qanunvericilikdə əksini tapan “dövlət sosial sığorta şəhadətnaməsi” sözləri sadəcə olaraq “sosial sığorta” ilə, “dövlət sosial sığorta şəhadətnaməsi olmayan” sözləri “fərdi uçota alınmamış” sözləri, “şəhadətnaməsinin verilməsi” sözləri “sistemində fərdi uçotun həyata keçirilməsi” sözləri ilə əvəzlənib. Həmçinin Əmək Məcəlləsinin 48-ci maddənin 1-ci hissəsindəki “və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)” sözləri çıxarılıb.

Beləliklə, aparılan sosial islahatların tərkib hissəsi kimi, elektronlaşma proqramı çərçivəsində fərdi uçot barədə dolğun e-informasiya bazaları formalaşdırılıb. Hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqları bu hesablarda qeydə alınır. Bu kimi innovativ həllərin nəticəsi olaraq və e-sistemdə vətəndaşların daimi sosial sığorta nömrəsinin olmasının kifayət etməsi nəzərə alınaraq, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilərək təqdim edilməsinə ehtiyac qalmayıb.

Eyni zamanda, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin edilməsini nəzərdə tutan əlavə edilir.

Qeyd edək ki, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan “e-sosial” internet portalı vətəndaşlara əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları istənilən vaxt asanlıqla əldə edə bilmək imkanı verir.скачать dle 11.3
Mojo.az Banner