Mojo.az Banner
SON DƏQİQƏ
20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

BMT Çində məhkumların orqanlarının çıxarıldığını iddia edir

16.06.2021 12:22 1 215
BMT Çində məhkumların orqanlarının çıxarıldığını iddia edir
BMT ekspertləri Çin həbsxanalarında etnik və dini azlıqlara mənsub olan məhkumların orqanların çıxarılması barədə etibarlı məlumatlara sahib olduqlarını bildiriblər.

Məlumatı “Doyçe Velle” (DW) yayıb.

12 BMT ekspertinin hazırladığı hesabatda “Çində orqanların zorakılıqla çıxarılması etnik, dil və dini azlıqların nümayəndələrinə qarşı həyata keçirilir”, - deyə bildirilib.

Həmçinin əlavə edilib ki, bir çox hallarda qeyd olunan şəxslərə həbs olunma səbəbləri məlum olmur və ya onların həbsinə order verilmir.

BMT-nin Qanunsuz Həbslərə Qarşı Mübarizə üzrə İşçi Qrupu və BMT-nin Xüsusi Nümayəndəsi bu məsələnin xüsusi narahatlıq doğuran məlumat olduğunu bəyan ediblər.

BMT mütəxəssislərinin hazırladığı sənəddə göstərilirik ki, məhkumlardan götürülən orqanlar əsasən ürək, böyrəklər, qaraciyər və gözün buynuz qişasıdır.

Bu amansız rəftara isə əsasən Falunqun (Çində yayılmış dini cərəyan) hərəkatının üzvləri, uyğurlar, tibetlilər, müsəlmanlar və xristianlar məruz qalır.

Çin Xalq Respublikasının Cenevrədəki nümayəndə heyətinin üzvü isə BMT mütəxəssislərinin hazırladığı sənədi böhtan xarakter daşıdığını bildirib.

“Rəsmi Pekin özünü bu ittihamlardan qoruyacaq və onları qəti şəkildə rədd edir”, - Çin hökumətini təmsil edən şəxslərdən biri vurğulayıb.

Çin rəsmisi həmçinin əlavə edib ki, BMT-nin mütəxəssisləri Çin əleyhinə aparılan dezinformasiyanın qurbanı olublar.скачать dle 11.3
01

Son xəbərlər

3
02

Redaksiyanın seçimi

MOJO.AZ

Seçilmiş elanlar

Bütün elanlar