Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |    
Mojo.az Avto
Mojo.az Avto

Hind okeanında plastik tullantılar adası tikiləcək

08.06.2021 22:08 1 638
Hind okeanında plastik tullantılar adası tikiləcək
Alimlər hər gün təxminən 13 milyon ton plastik tullantıların okeanlara axdığını təxmin edib. Plastik butulkalar, qida konteynerləri, qablar, paketlər və digər tullantılar suya birbaşa olaraq qurudan deyil, həm də gəmilərdən tökülür. Hind okeanı bu problemdən xüsusi olaraq zərər görür və bu yaxınlarda Britaniyanın "Margot Krasojevic" memarlıq studiyası suyun zibildən təmizlənməsi üçün olduqca qeyri-adi yol təklif edib.

Median.Az
deyerler.org-a istinadən bildirir ki, təşkilat plastik tullantılardan istifadə edərək, insanların əylənə biləcəyi süni ada yaratmaq niyyətindədir. Bu adada təbiətə heç bir şəkildə zərər verməyəcək otel inşa etmək planlaşdırılır. Bütün enerji və hətta su ətraf mühitə uyğun şəkildə istehsal ediləcək. Hər şeydən əvvəl layihənin müəllifləri, bir-birinə bağlanan zibil torbalarından ibarət torpaq sahəsi tikəcək və sonra içərisində turistlərin istirahət etməsi üçün geniş otel tikmək niyyətindədir. Adanın açılması 2025-ci ildə planlaşdırılır. Studiyanın rəsmi saytının verdiyi məlumata əsasən, plastik tullantılar birbaşa Hind okeanının sularından toplanacaq. Ada yaxınlığında üzən butulkalar və digər əşyalar avtomatik olaraq torbalarda toplanacaq, sonra okeanın dibindən bioloji parçalana bilən xüsusi örtük, qum və lil ilə örtüləcək. Torbalar, bir-birilərinə sintetik kauçuk torlarla birləşdiriləcək. Bu material bir səbəbdən seçilmişdir - okean səviyyəsindəki dəyişikliklərə reaksiya göstərir. Səviyyə qalxdıqda, rezin suyu özünə çəkəcək və beləliklə daşqının qarşısını alacaq. Qeyd edək ki, Hind okeanında plastik tullantıların miqdarı durmadan artır və ada bu tullantıların yığılma mərkəzinə çevrilərək, getdikcə genişlənəcək.

Son xəbərlər