Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Artan “qara kif” təhlükəsi üçün risk qrupunda olanlar açıqlandı

08.06.2021 11:41 801
Artan “qara kif” təhlükəsi üçün risk qrupunda olanlar açıqlandı
Koronavirusdan sonra dünyanı indi də mukormikoz (“qara kif”) xəstəliyi təhdid edir. Elm adamları Hindistanda başlayan və artıq Misir, İraq, Pakistan, Rusiya, Banqladeş hətta Braziliya kimi ölkələrdə yayılan xəstəliyə qarşı risk qrupunda olanları açıqlayıb.

Bu barədə “Haber Global” xəbər verib.

Risk qrupunda olan insanlar arasında ilk yerdə diabet xəstələri durur. Elm adamlarının sözlərinə görə, mukormikoz zəif idarə edilən diabetlə güclü bir şəkildə əlaqədardır.

Qeyd edilir ki, bu infeksiya açıq yara yerindən, yaxud tənəffüs sistemi vasitəsilə orqanizmə girir, qan dövranına daxil olur, ürək, beyin və ağ ciyərlərlə yanaşı digər orqanlara da yayılır.

Bundan başqa “qara kif” immuniteti zəif olanlara, o cümlədən koronavirus xəstələrinə də təsir edir. Mütəxəssislər COVİD-19 xəstələrində steroid istifadəsinin bu xəstəliyin yayılmasına səbəb olduğunu bildirirlər. Həkimlər bu xəstəliyin inkişafının qarşısını almaq üçün xəstələrin 60 faizinin bir və ya iki gözünü çıxarmalı olub.скачать dle 11.3
Mojo.az Banner