Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaricdə təhsil alan daha 193 nəfərin diplomu tanınıb, 65 nəfərə mənfi cavab verilib

04.06.2021 16:18 759
Xaricdə təhsil alan daha 193 nəfərin diplomu tanınıb, 65 nəfərə mənfi cavab verilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi may ayı üçün diplomların tanınma üzrə müraciətlərinin statistikasını açıqlayıb.

"Report" xəbər verir ki, ötən ay icrası 21 gün ərzində tamamlanan 258 müraciətçinin 193-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 40, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 6, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 70, Türkiyədən 66, Ukraynadan 66, Gürcüstandan 21, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 14, digər ölkələrdən isə 21 müraciətin olduğu müşahidə olunub.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 33, iqtisadiyyat üzrə 20, menecment üzrə 16, biznesin idarə edilməsi üzrə 11, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.скачать dle 11.3
Mojo.az Banner