Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Ötən ay xaricdə təhsil almış daha 81 nəfərin diplomu tanınmayıb

02.11.2021 14:46 1 221
Ötən ay xaricdə təhsil almış daha 81 nəfərin diplomu tanınmayıb
Oktyabr ayı üçün xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "Report"a verilən məlumata görə, ötən ay üzrə 338 müraciətçinin 257-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.

Qeyd olunub ki, 81 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 41, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 20, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 95, Rusiya Federasiyasından 89, Ukraynadan 87, Gürcüstandan 19, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslar isə, iqtisadiyyat üzrə 44, hüquqşünaslıq üzrə 43, tibb üzrə 17, biznesin idarə edilməsi üzrə 14, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.скачать dle 11.3

Son xəbərlər