Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdə taksi sürücüsünə qarşı soyğunçuluq edən müştərilər saxlanılıb

03.06.2021 13:48 1 842
Mingəçevirdə taksi sürücüsünə qarşı soyğunçuluq edən müştərilər saxlanılıb
Şəmkir rayon sakini Anar Verdiyev Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus “Nissan” markalı avtomobillə taksi kimi fəaliyyət göstərdiyi zaman nəqliyyat vasitəsinə müştəri qismində əyləşən 3 nəfər şəxsin onu döyərək 130 manat pulunu apardıqlarını bildirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şəmkir rayonu Dəllər-Cəyir kənd sakinləri - əvvəllər məhkum olunmuş Elşad İsmayılov, Ayaz Əsgərov və Malik Sadıqov saxlanılıblar. Onlar törətdikləri cinayət əməlini etiraf edib, hadisə zamanı sərxoş olduqlarını bildiriblər.

Araşdırma zamanı məlum olub ki, adları qeyd edilən şəxslər Şəmkir rayonundan gəzmək məqsədilə zərərçəkmişə məxsus avtomobillə Mingəçevirə gəliblər. Bir neçə dəfə xırda pullarının olmaması bəhanəsi ilə taksi sürücüsündən “borc” alıb, Şəmkirdə qaytaracaqlarını vəd ediblər. Əyləncələrini davam etdirmək üçün A.Verdiyevin cibində olan pulların hamısını ələ keçirmək məqsədilə guya təcili olaraq Yevlax rayonu Hacıselli kəndinə getməli olduqlarını bildiriblər. Kənd ərazisində ətrafda insanların olmamasından istifadə edən E.İsmayılov sürücüyə xəsarət yetirib, pulunu ona verməsini istəyib.

Məqsədlərinə çatdıqdan sonra isə həmin nəqliyyat vasitəsini özləri idarə edərək yenidən Mingəçevirə qayıdıblar. Bir müddətdən sonra avtomobili tərk edib, oradan uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner