Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:42 Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq | 19:37 Baydenin bu görüntüsü diqqət çəkdi | 19:30 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı | 19:24 "Şahzadə Mustafa" Bakıya gələcək | 19:15 “Yer elə materialdandır ki, ayaq qoyan kimi sürüşür” – Piyada keçidindən ŞİKAYƏT | 19:10 İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var | 19:03 Hacıqabuldakı ölümün kanalizasiya quyusu ilə əlaqələndirilməsi yanlışdır - ADSEA | 18:57 İspaniya nəhəngi ilə qarşılaşma öncəsi "Sabah"ın futbolçusundan açıqlama | 18:43 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? | 18:32 "Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı | 18:06 İki baş həkim vəzifəsindən azad edildi | 18:03 Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı | 17:57 Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı | 17:56 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb | 17:54 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - Siyahı | 17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır | 17:43 Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi | 17:41 Küləyin sürəti artacaq - Xəbərdarlıq | 17:30 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib | 17:28 Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI |
Mojo.az Avto
Mojo.az Avto

Xəzərə çirkab su axıdan şirkətlə bağlı məhkəməyə müraciət olunub

01.06.2021 18:51 2 076
Xəzərə çirkab su axıdan şirkətlə bağlı məhkəməyə müraciət olunub
Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən boru kəməri vasitəsilə çirkab suyun Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmətin rəsmisi Ramal Bağırov bildirib ki, boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 18.8, asılı bərk hissəciklərin 25.6, sintetik səthi aktiv maddələrin isə 2.1 dəfə normadan artıq olduğu məlum olub.

“Araşdırma zamanı boru kəməri vasitəsilə Xəzər dənizinə axıdılan çirkab suyun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 saylı Xüsusi Yol İstismarı MMC-nin ərazisində formalaşdığı və təmizlənmədən nasoslar vasitəsilə boruya vurulduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib olunub və sözügedən MMC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib”.

Son xəbərlər