Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Whatsapp 1 həftədən sonra Hindistanda bloklana bilər

25.05.2021 23:07 753
Whatsapp 1 həftədən sonra Hindistanda bloklana bilər
Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi (MeitY) Whatsapp-a yeni konfidensiallıq siyasətindən imtina etmək əmrini verib. Əks halda Hindistan hökuməti qanuni tədbirlər görmək məcburiyyətində qalacaq. Dünən nazirlik Whatsapp rəhbərliyinə belə bir məktub göndərib və qənaətbəxş cavabın verilməsi üçün messencerə 7 gün vaxt verib. Bu barədə Techcrunch saytı xəbər verib. "Hindistanlı vətəndaşların hüquqlarını və maraqlarını qorumaq üzrə suveren məsuliyyətini yerinə yetirərək Hindistan hökuməti mövcud olan qanunlar çərçivəsində mümkün olan bütün variantları nəzərdən keçirdəcək" - deyə rəsmi məlumatda qeyd olunub.

Paralel olaraq Dehli şəhərinin Ali məhkəməsi Whatsapp-ın yeni konfidensiallıq siyasəti üzrə olan işə nəzarət edir. Ölkənin yerli antimonopoliya orqanları isə bu mövzu ilə bağlı araşdırmalar aparırlar. Buna cavab olaraq Whatsapp bildirib ki, Hindistanda olan bir çox şirkət eyni siyasətə riayət edir. Hələ bir neçə müddət bundan öncə Hindistan hökuməti Whatsapp-ın yeni konfidensiallıq siyasətinin tələblərindən narahat olduğunu qeyd etmişdi. Bundan əlavə olaraq Hindistan hökumətini qane etməyən fakt ondan ibarətdir ki, Avropa Birliyinə daxil olan ölkələrin vətəndaşları yeni qaydaların məcburi şəkildə qəbul edilməsi öhdəliyindən azad olunublar.

Hökumətin fikrincə bu üsul ilə messencer hindistanlı istifadəçiləri diskriminasiya edir. Qeyd etmək lazımdır ki, yeni konfidensiallıq qaydalarına əsasən Whatsapp istifadəçilərinin müəyyən məlumatları Facebook şirkətinə ötürüləcək. Facebook dəfələrlə qeyd edib ki, bu yeni qaydalar istifadəçilərin mesajlarını əhatə etməyəcək və onlar həmişəki kimi end-to-end şifrələnmə ilə qorunacaqlar. Hindistan Whatsapp üçün 1 nömrəli bazardır. Belə ki, Hindistanda 450 milyondan çox Whatsapp istifadəçisi var.скачать dle 11.3
Mojo.az Banner