Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir: "Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdiriləcək"

25.05.2021 18:55 801
Nazir:
Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın İnklüziv sosial inkişaf və sosial təminat üzrə alt İşçi Qrupu növbəti iclasını keçirib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda ötən dövrdə əldə olunmuş mühüm sosial-iqtisadi nailiyyətləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin tapşırıqları əsasında xüsusilə də sosial ödənişlərin artırılması sahəsində son illərdə əhəmiyyətli irəliləyişlərin olduğunu vurğulayıb. Pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərdə ciddi artımların edildiyini diqqətə çatdırıb.

Nazir qeyd edib ki, Milli prioritetlərə uyğun olaraq, bu nailiyyətlər, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdiriləcək. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün maliyyə dayanıqlığının və sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi diqqətdə saxlanacaq.

S.Babayev qeyri-formal məşğulluğun həcminin müəyyənləşdirilməsi və azaldılması məqsədilə zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcəyini vurğulayıb. O bildirib ki, regionlarda yeni sosial xidmət və reabilitasiya müəssisələrinin yaradılması, həmçinin işğaldan azad olunmuş ərazilərdə belə müəssisələrin tikilməsi, bu sahələrdə xidmətlərə əlçatanlığın artırılması da əsas hədəflərdəndir.

İclasda qeyd edilən Strategiyanın müvafiq bölməsi üzrə hazırlanmış layihəyə dair müzakirələr aparılıb.

Xatırladaq ki, alt İşçi Qrupun üzvləri maliyyə, iqtisadiyyat, gənclər və idman nazirlərinin müavinləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrlərinin müavinləridir.скачать dle 11.3
Mojo.az Banner