Mojo.az Banner
21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |     20:50 Yevlax–Bərdə dəmir yolu xəttində görülən işlər açıqlandı  |     20:44 Həbsdən əvvəl Bakıda "Kalaşnikov" gizlədibmiş  |     20:35 "Zevs"in qardaşına hökm oxundu  |     20:30 Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi  |     20:22 Həmyerlimizə ABŞ-də yüksək vəzifə verildi  |     20:17 Sabah çimərliklərdə gözlənilən hava açıqlandı  |     20:09 İlk dəfə Avropaya getdilər  |     20:04 Sabah yağış yağacaq  |     19:56 Mərkəzi Bankın valyuta ehtiyatları nə qədər artıb?  |     19:51 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı  |     19:43 "Bakı–Tbilisi istiqaməti üzrə heç bir turizm şirkətinə kvota ayırmırıq" - ADY  |     19:38 İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşir  |     19:30 Ağcabədidə çətənə kolları yetişdirən şəxs həbs edildi  |     19:24 Sabah imtahan var  |     19:15 Əmlak alarkən diqqətli olun! - Risklər açıqlandı  |     19:10 ”TikTok”dakı canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu  |    
Left Banner
Right Banner

Ermənistan fərarilərinin hesabını itirib

22.05.2021 16:39 3 048
Ermənistan fərarilərinin hesabını itirib
Ermənistanın “Hraparak” qəzitinin verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin təxminən 160 əsgəri İran ərazisindədir. Əlbəttə ki, söhbət Qarabağ müharibəsi zamanı erməni ordusunun güclü regional gücün ərazisinə hərbi təcavüzündən getmir. Ötən il Qarabağdakı 44 günlük müharibə zamanı Azərbaycan ordusunun zərbələrindən qorxaraq qaçan bir qrup erməni hərbçi hələ də İrandadır.

“İranın onları hansı statusda saxladığı məlum deyil”, deyə erməni qəzeti yazır.

Qeyd olunur ki, İrana sığınan erməni əsgərləri ilə bağlı məsələ bu yaxınlarda İslam Respublikasının yüksək rütbəli hərbi personalından ibarət nümayəndə heyətinin Ermənistana səfəri zamanı müzakirə edilib.

“Müdafiə Nazirliyi bu mövzuda şərh vermir”, - deyə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Gevorq Altunyan “Hraparak”ın sorğusuna bu cavabı verib.

“Vestnik Kafkaza” xatırladır ki, yüksək rütbəli İran hərbçilərinin Ermənistana səfəri ilə bağlı ilk məlumatlar bir-iki gün əvvəl erməni “Telegram” kanallarında yayılmışdı. Həmin nəşrlərin məlumatlarına görə, “İran nümayəndə heyətinin üzvləri Ermənistan rəhbərliyinə hərbi yardım vəd ediblər, xüsusən də Zəngəzurda bütün sərhəd boyunca müvəqqəti yerləşdirilmək üçün texnika və qoşunları gətirməyi təklif ediblər”.

Bildirilir ki, guya Ermənistan hökuməti İran tərəfin köməyindən imtina edib.

Vətən müharibəsi nəticəsində İran-Azərbaycan münasibətləri çətin mərhələ keçir və qarşılıqlı maraqların yenidən qiymətləndirilməsi dövrünü yaşayır. İrandakı 160 erməni əsgəri haqqında bugünki məlumatların “sızması” hərbi heyətinin İrəvana səfərinin Azərbaycana qarşı düşmənçiliyin təzahürü olmadığı, başqa məsələ ilə - məsələn, erməni fərarilərilərinə dair siqnal olduğunu göstərmək istəyən İran tərəfinin təşəbbüsü ilə baş verə bilərdi.

Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin İrana qaçan 160 hərbçi barədə məlumatı nəinki təkzib edə bilməməsi, hətta onu şərh edə bilməməsi də dolayı yolla məlumatın etibarlılığından xəbər verir. Üstəlik, vəziyyət müharibədəki məğlubiyyətdən sonra Ermənistan ordusunun çətin reallıqlarının ümumi kontekstinə uyğundur: 17 mayda Ermənistan prezidenti Armen Sarkisyan axtarışda olan 5000-dən çox fərarini və 124 məhkumu bağışladı. İrandakı 160 “erməni miqrant”ın bu siyahılara daxil olub-olmaması məlum deyil. Bununla yanaşı, nə qədər ki, Ermənistan minlərlə fərarisinin siyahısını araşdırmayacaq və kimin, hara və nə vaxt qaçdığını müəyyənləşdirməyəcək, Azərbaycanla əsir və itkin düşmüş şəxslərlə bağlı əsaslı dialoq aparmaq çətin olacaq.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanın itkin düşmüş əsgərlərinin siyahısını açıqlaya bilmədiyini açıq mətndə bəyan edib. Erməni tərəfi dövlət strukturlarının iflic olduğu bir vəziyyətdə “Azərbaycanın tutduğu hərbi əsir” olaraq tapa bilmədiklərinin bəzilərini “silinməyə” üstünlük verir. Mövqe əlverişlidir - həm Azərbaycana təzyiq üçün bir vasitədir, həm də Ermənistanın dövlət orqanları tərəfindən məsuliyyəti ötürərək tapıla bilməyənlərin hamısına bürokratik utilizasiya üsuludur.

Bakıda da öz növbəsində erməni tərəfin bu cür iddialarına əhəmiyyət vermirlər: “Fərarilərinizlə özünüz məşğul olun - bu işin bizə dəxli yoxdur”скачать dle 11.3
Mojo.az Banner