Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Tokio-2020: Azərbaycan idmançıları peyvənd olunacaq

21.05.2021 19:46 1 323
Tokio-2020: Azərbaycan idmançıları peyvənd olunacaq
Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan idmançıları peyvəndlənmə prosesinə cəlb olunacaq.

Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çüngiz Hüseynzadə qurumun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar vaksinasiya prosesinə cəlb olunacaq: "Xəstəliyə yoluxan və orqanizmində anticism yaranan atletlərə peyvənd vurulmasına ehtiyac yoxdur".

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, idmançılar atletlər kəndində məskunlaşacaq. Tokio-2020-də iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi oyunlar başlayanadək vaksinasiya olunacaq.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Tokio Yay Paralimpiya Oyunları bu il 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.2

Son xəbərlər